Biləsuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Biləsuvar Şəhər Milli Qəhrəman Mübariz Ağakərim Oğlu İbrahimov Adına Lisey Məktəb-Kompleksi
 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AramaArama  Kayıt OlKayıt Ol  Giriş yapGiriş yap  
En son konular
»  Lisey üçün 1000-ə qədər sayaq
Dusunulmemis addim Icon_minitimeSalı Eyl. 04, 2012 7:20 am tarafından Shamkhal

» Nə ondan, Nə də bundan — Elə hamısından ッ
Dusunulmemis addim Icon_minitimeSalı Eyl. 04, 2012 7:20 am tarafından Shamkhal

» Sevgi Qanunları.
Dusunulmemis addim Icon_minitimeC.tesi Tem. 28, 2012 8:10 pm tarafından Shamkhal

» Bas agrisinda 9 ciddi siqnal
Dusunulmemis addim Icon_minitimePaz Tem. 22, 2012 12:41 pm tarafından Shamkhal

» Dini kəlamlar......
Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:44 pm tarafından Shamkhal

» Dusunulmemis addim
Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:44 pm tarafından Shamkhal

» Mükəmməl Kişi və Qadın
Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:23 pm tarafından Shamkhal

» Hansı canlıya çox oxşayırsan?
Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:22 pm tarafından Shamkhal

» Ədəbi oyun....
Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:21 pm tarafından Shamkhal

» Mudrik fikirler
Dusunulmemis addim Icon_minitimePtsi Tem. 16, 2012 11:03 am tarafından Shamkhal

En iyi yollayıcılar
Shamkhal
Dusunulmemis addim Vote_lcapDusunulmemis addim Voting_barDusunulmemis addim Vote_rcap 
░▓█aLoNe_kİlLeR█▓ ░
Dusunulmemis addim Vote_lcapDusunulmemis addim Voting_barDusunulmemis addim Vote_rcap 
Aytac
Dusunulmemis addim Vote_lcapDusunulmemis addim Voting_barDusunulmemis addim Vote_rcap 
**GLADIATOR**
Dusunulmemis addim Vote_lcapDusunulmemis addim Voting_barDusunulmemis addim Vote_rcap 
Only Me
Dusunulmemis addim Vote_lcapDusunulmemis addim Voting_barDusunulmemis addim Vote_rcap 
Сын Кавказа
Dusunulmemis addim Vote_lcapDusunulmemis addim Voting_barDusunulmemis addim Vote_rcap 
Anket
Ən çox sevdiyiniz fənn hansıdır?
Kimya
Dusunulmemis addim Vote_lcap29%Dusunulmemis addim Vote_rcap
 29% [ 2 ]
Biologiya
Dusunulmemis addim Vote_lcap0%Dusunulmemis addim Vote_rcap
 0% [ 0 ]
Fizika
Dusunulmemis addim Vote_lcap0%Dusunulmemis addim Vote_rcap
 0% [ 0 ]
Coğrafiya
Dusunulmemis addim Vote_lcap14%Dusunulmemis addim Vote_rcap
 14% [ 1 ]
Tarix
Dusunulmemis addim Vote_lcap14%Dusunulmemis addim Vote_rcap
 14% [ 1 ]
Riyaziyyat
Dusunulmemis addim Vote_lcap43%Dusunulmemis addim Vote_rcap
 43% [ 3 ]
Azərbaycan dili
Dusunulmemis addim Vote_lcap0%Dusunulmemis addim Vote_rcap
 0% [ 0 ]
İngilis Dili
Dusunulmemis addim Vote_lcap0%Dusunulmemis addim Vote_rcap
 0% [ 0 ]
Rus dili
Dusunulmemis addim Vote_lcap0%Dusunulmemis addim Vote_rcap
 0% [ 0 ]
Ədəbiyyat
Dusunulmemis addim Vote_lcap0%Dusunulmemis addim Vote_rcap
 0% [ 0 ]
Toplam Oylar : 7

 

 Dusunulmemis addim

Aşağa gitmek 
2 posters
YazarMesaj
Shamkhal
Moderatör
Moderatör
Shamkhal


Mesaj Sayısı : 227
Kayıt tarihi : 01/07/12
Yaş : 28
Nerden : Bilesuvar-Azerbaycan

Dusunulmemis addim Empty
MesajKonu: Dusunulmemis addim   Dusunulmemis addim Icon_minitimePtsi Tem. 16, 2012 11:35 am

O gecə güclü yağış yağırdı. Pəncərənin qarşısında oturub yağışı seyr etmək ona sanki ac insanın bir tikə çörək tapdığı andakı sevincini hiss etdirirdi. Bu gün də digər günlərdə olduğu kimi bütün işlərini bir kənara qoyub pəncərənin qarşısında oturdu, pəncərəsinə düşən yağış damlalarını seyr etməyə başladı.

Səhər pəncərəsindən yatağına düşən günəşin şüaları ilə oyandı. İlk işi həmişə olduğu kimi poçt qutusunu yoxlamaq idi. Çünki o məzun olmuşdu və universitetə qəbul olunub, olunmayacağı xəbərini poçt qutusu vasitəsilə öyrənəcəkdi. Bugün də heç bir məktub yox idi poçt qutusunda. Onun hər gün, hər səhər poçt qutusunu yoxladığını görən biri var idi Çan. O Cennaya qarşı içində adlandıra bilmədiyi hisslər bəsləyirdi, amma bunu Cennaya deyə bilmirdi. Onu saxlayan bir şey var idi. Hər gün Cennanın poçt qutusunu yoxladığını görürdü Çan.
Soruşarsınız ki, bunu hardan bilmişdi? Çünki Çan hər səhər idman etmək üçün dəniz kənarına gedirdi. Və bir səhər yenə idman etmək üçün küçəyə çıxdığında Cennaya sataşmışdı gözü. Cennanın evdən qaça-qaça çıxdığını və poçt qutusuna yaxınlaşdığını, lakin sonra əliboş, qəmgin geri qayıtdığını görmüşdü. Və hər səhər Çan yenə bu mənzərə ilə qarşılaşmışdı. Onun bəlkə də bu fikirləri idi ki, Cennaya hisslərini etiraf etməsinin qarşısını alırdı, o Cennanın sevgilisi olduğunu düşünürdü. Amma bunu düşünsə də o öz ürəyinə söz keçirə bilmirdi. O fikirləşirdi ki, bununla Cennaya zərər vermir, çünki onun hisslərindən heç kimin xəbəri yox idi. Ürəyində yaşayırdı hisslərini, səssiz – səmirsiz. Yenə gözəl səhərlərdən biri, quşların musiqisi, küləyin səsi və Cennanın anası...
- Cenna, tez oyan sənə məktub var – deyə Cennanı səsləyirdi.
Cenna tez yatağından qalxıb aşağı endi. Əlində bir bağlı zərf qapının ağzında dayanmış anasını gördü. O zərfi anasından alıb açdı. Amma bu məktub onun gözlədiyi məktub deyildi. Bu onu bu günə qədər səssiz izləyən Çandan idi.
Çan bu səhər yenə Cennanı görmək ümidi ilə oyanmış, amma onu görməmişdi, çünki Cenna bu gün poçt qutusuna baxmağa çıxmamışdı, daha doğrusu gecikmişdi, çünki məktubu anası vermişdi ona. Çan onu görməyib, yoluna davam etdi.
Cenna isə üzərində “Sevgili Cennaya” yazılmış məktubu oxumağa başlamışdı.

MƏKTUB
Sevgili Cenna, bu mənəm – sənin üzünü görmədiyin, səsini eşitmədiyin, adını bilmədiyin, xəyalını belə qura bilməyəcəyin qonşunuz Çan. (Çan bu məhlədə yeni olduğu üçün, Cennanın isə demək olar ki, qonşularla sıx əlaqəsi olmadığından onları bir-biriləri ilə bağlı məlumatı yox idi).
Çox düşündüm bu məktubu yazmağa qərar verənə qədər, ürəyimin səsinə qulaq asdım, amma o da mənə kömək etmədi. Çünki ürəkdir o yalnız sevgini saxlar içində. Və yalnız da sevgiylə döyünər , sevginin əksinə bir şey deməz heç vaxt. Bu səfər beynimdən kömək istədim çünki beyin ürəyi n dediyini deməz, o həmişə düzgün qərar verməyə çağırar insanı. Beynim mənə bu məktubu yazmamağı məsləhət bildi. Amma biz insanları bilirsən, çox tərshik öz istədiyimizi edərik əvvəl, axır. Bəlkə də bu məktubumu yazmağım sənin üçün problem olacaq, amma mən də insanam, mənim də hisslərim var. Sənin sevdiyin insan olduğunu bilirəm, hər gün ondan məktub gözlədiyini də, bilmirəm nə səbəbdən amma onun sənə cavab yazmadığını da bilirəm. Səni üzgün görməyə dözə bilmirəm, bəlkə də bu məktubu yazmağıma səbəbimi eşidəndə güləcəksən mənə. Gül. Tək istəyim budur, səni güldürmək. Məqsədim odur ki, bu səhər poçt qutusunu açdığında əliboş qayıtmayasan. Bir dəqiqəlik belə olsa bir məktubun gəldiyini görüb, sevdiyin insandan olduğunu sanıb gülümsəməyindir. Bunun sonrasında yenə pis olacağını, amma məni başa düşəcəyini bilirəm...
Məktub burda sona çatır. İndi isə qayıdırıq Çanın məktubu yazdığı vaxta...
Qaranlıq otaq. Yalnız ayın işığıdır pəncərəsindən düşən. Çan bir məktub yazır və sonra nədənsə fikrini dəyişib məktubu üzərində “Sevgili Cennaya” yazılmış zərfin içinə qoyur və qırağa atır. Və yeni məktub yazmağa başlayır.
İKİNCİ MƏKTUB
Cenna, mənə elə gəlir ki, sən məni tanımırsan mən sizin qonşunuzam- Çan. Sənə bu məktubu yazmaqda məqsədim hər gün yolunu gözlədiyin sevgi məktubudur. Mən heç özüm də bilmirəm niyə sənin pis olmağını istəmirəm. Bu məktubu yazıram ki, heç olmasa bu səhər poçt qutusunda sevgi məktubu da olmasa, sevgilin tərəfindən yazılmasa da bir məktubun gəldiyini görüb sevinməyindir. Tək istəyim budur, sən gül...
Bu məktubu yazıb qurtarandan sonra onu da zərfə qoyur və üzərinə “Sevgili Cennaya” yazır. Bir anlıq qarışıqlıq nəticəsində ilk yazdığı tamamlanmamış sevgi məktubunu Cennaya göndərir.

Cenna məktubu oxuyur, amma sonda üç nöqtəni görüb yəqin ki, davamı gələcək deyə düşünür. Bu hadisə ona çox maraqlı gəlir.
Yenə günlər ötür Cenna onu tanımadığı üçün bu günlər ərzində heç vaxt qarşılaşmırlar. Və nəhayət Cennanın gözlədiyi məktub gəlir. O, məktubu gördüyü an sevincindən bilmir nə etsin və bu an ona kənardan baxan Çanı görür, Çan Cennanın ona baxdığını görüb yoluna davam edir, Cenna isə tez evə daxil olub məktubu açır. Budur o universitetə daxil olub.
Çan bu dalğınlıqla getdiyi bir vaxtda qarşısına Holli çıxır, hansı ki, o qız da hər səhər Çanla birgə idman edir. Onlar birgə yollarına davam edirlər.
Cenna o anki sevinci ilə Çanı gördüyünü unudur. Amma gecə yatağına uzandığı an Çan yadına düşür və üzündə gülümsəmə hiss olunur. O heç özü də bilmədən onun üçün fədakarlıq edən, heç bir şeyi düzgün bilmədiyi, Cennanın sevgilisi olduğunu düşündüyü halda belə onun xoşbəxtliyini istəyən Çana qarşı içində hisslər oyanmağa başlayır. Və hər gün Çandan gələcək məktubu gözləyir. Çünki birinci hissədə ona aydın olmayan məqamlar var idi.

Çan isə öz hisslərini içində boğmağa, fikrini başqa insana və ya başqa bir şeyə yönəltməyə çalışır. Və buna nail olmaqda ona Holli kömək edir. Holli ona qulaq asır, məsləhətlər verir. Çan isə elə bil ki, problemlərinin çarəsini Hollidə tapır.
Cenna hər gün heç nədən xəbərsiz universitetə gedir, hər yerdə gözü onu axtarır. Çanı ağlından çıxarda bilmir, məktubunu gözləyir, məktubu gəlməyəndə isə özündən səbəblər uydurur. Hər səhər universitetə gedəndə onu görmək ümidi ilə çıxsada evdən onu görmür.
Və bir gün Cenna evə qayıdanda Çangilin qapısında bəzədilmiş toy maşını görür. Bu anda da fikirləşir bəlkə onun toyu deyil, bəlkə... Bəlkələr belə ona kömək olmur. Bu anda Çanı görür bəylik geyimində, əlində isə bir dəstə qızılgül.
Sanki onun gözünün qarşısı qaralır, ümidləri, bəlkələri, səbəbləri, xəyalları yıxılır, puç olur. Çan isə heç nədən xəbərsiz üzündə sevinc Hollinin evinə gedir. O özü də bilmədən düşünülməmiş addımına görə Cennanı sevindirmək əvəzinə, onun qəlbində qapanmayacaq yara, silinməyəcək iz qoyur.

Çalışın bilmədiyiniz, məlumatınız belə olmadığı hadisələr haqqında qərar verməyin və dünülməmiş addım atmayın.
Sayfa başına dön Aşağa gitmek
░▓█aLoNe_kİlLeR█▓ ░
Admin
Admin
░▓█aLoNe_kİlLeR█▓ ░


Mesaj Sayısı : 215
Kayıt tarihi : 30/06/12
Yaş : 26
Nerden : Biləsuvar

Dusunulmemis addim Empty
MesajKonu: Geri: Dusunulmemis addim   Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:13 pm

Şərhsiz. Sadəcə super.
Sayfa başına dön Aşağa gitmek
Shamkhal
Moderatör
Moderatör
Shamkhal


Mesaj Sayısı : 227
Kayıt tarihi : 01/07/12
Yaş : 28
Nerden : Bilesuvar-Azerbaycan

Dusunulmemis addim Empty
MesajKonu: Geri: Dusunulmemis addim   Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:29 pm

Coooox sag ol Ceyhun....Heyqeten superdi...
Sayfa başına dön Aşağa gitmek
░▓█aLoNe_kİlLeR█▓ ░
Admin
Admin
░▓█aLoNe_kİlLeR█▓ ░


Mesaj Sayısı : 215
Kayıt tarihi : 30/06/12
Yaş : 26
Nerden : Biləsuvar

Dusunulmemis addim Empty
MesajKonu: Geri: Dusunulmemis addim   Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:38 pm

həmin anda o oğlan elə vəziyyətdə olub ki, onun bundan artıq düşünməyə imkanı olmayıb.
Sayfa başına dön Aşağa gitmek
Shamkhal
Moderatör
Moderatör
Shamkhal


Mesaj Sayısı : 227
Kayıt tarihi : 01/07/12
Yaş : 28
Nerden : Bilesuvar-Azerbaycan

Dusunulmemis addim Empty
MesajKonu: Geri: Dusunulmemis addim   Dusunulmemis addim Icon_minitimeSalı Tem. 17, 2012 12:44 pm

he.....Axiri cox pis olur eeee....Oxuyanda gozlerim dolmusdu
Sayfa başına dön Aşağa gitmek
 
Dusunulmemis addim
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
Biləsuvar Liseyi :: Əlavə :: Əyləncə :: Maraqlı Məlumatlar-
Buraya geçin: